Çavuşoğlu Suriyanın şimalına planlaşdırılan əməliyyata münasibət bildirib

Suriyanın şimalına ehtimal olunan hərbi əməliyyatla əlaqədar Baş qərargah komandirimiz prezident Rəcəb Tayyib Ərdoğan təlimat verdiyində lazımlı addımlar atılacaq. Bunu Xarici işlər naziri Mevlut Çavuşoğlu deyib.

1281158
Çavuşoğlu Suriyanın şimalına planlaşdırılan əməliyyata münasibət bildirib

Xarici işlər naziri Mevlut Çavuşoğlu xüsusi telekanala müsahibəsində gündəmdəki mövzularla bağlı münasibət bildirib.

ABŞ ilə Suriyanın şimalında yaradılması planlaşdırılan Təhlükəsiz Zona mövzusuna toxunan Çavuşoğlu: “ ABŞ-ın təklifi üzrə bölgədə Təhlükəsiz Zona yaradılması mövzusunda ciddi addımlar atdıq. Ancaq eyni ciddiyyəti ABŞ sərgiləmədi. Cənab Ərdoğan məsələyə xüsusi münasibət bildirdi. Mövzu ilə əlaqəli ABŞ ilə danışıqlarımız davam edir. Ümid edirəm ki, birgə addımlar atılar və proses arzu edilməyən nöqtəyə istiqamətlənməz. Bu gün əldə etdiyimiz məlumatlar bunu təsdiqləyir”.

Türkiyənin onsuz da bu əraziyə daxil olaraq təhlükəsiz zona yaradmaq planının olduğunu ifadə edən Çavuşoğlu sözlərinə belə davam edib: “Cənab Prezident bu istiqamətdə açıqlamalar verdi. İndi terror təşkilatlarını təmizləmək və qaçqınları bura qaytarmaq üçün tədbirlər görməliyik. Hazırlıqlarımız uzun müddətdir davam edir. Əlbətdə Prezident Rəcəb Tayyib Ərdoğan təlimat verdikdə lazımlı addım atılacaq”.



Әlaqәli Xәbәrlәr