Prezident Rəcəb Tayyib Ərdoğan İqlim Fəaliyyəti sammitində çıxış etdi

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin yenilənən enerji sahəsində bölgəsində lider mövqeyində olduğunu söylədi.

1274919
Prezident Rəcəb Tayyib Ərdoğan İqlim Fəaliyyəti sammitində çıxış etdi
Erdogan-iklim-2

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin yenilənən enerji sahəsində bölgəsində lider mövqeyində olduğunu söylədi.

Ərdoğan ABŞ-ın Nyu-York şəhərində keçirilən BMT Baş Məclisinin 74-cü iclası çərçivəsində İqlim Fəaliyyəti sammitində çıxış etdi.

Ərdoğan "Türkiyə meşə sahələrini artıran nadir ölkələrdən biridir. Ölkəmizdə son 17 ildə 4 milyarddan çox ağac əkildi. 11 noyabrda daha 11 milyon ağac əkiləcək" dedi.

Türkiyənin yenilənən enerjidə bölgəsində lider ölkə olduğunu vurğulayan Ərdoğan elektrik enerjisinin 30 faizdən çoxunun yenilənən enerjidən təmin edildiyini vurğuladı.

Ölkədə tullantılara nəzarət olunması, iqlimə uyğun texnologiya və enerji mənbələrindən istifadə sahəsində ciddi irəliləyişlər əldə edildiyini bildirən prezident Ərdoğan "Ölkəmizin inkişaf məqsədlərindən yayınmadan iqlim dəyişikliyinə uyğunlaşma və fəlakətlərə qarşı sabit siyasətimizi davam etdiririk" ifadəsini işlətdi.



Әlaqәli Xәbәrlәr