Prezident Ərdoğan Şərq-Qərb İnstitutunda çıxış etdi

Fətullahçı terror təşkilatının (FETO) xainliyini konkret dəlillərlə ümum dünyada ifşa etməkdə davam edəcəyik. Bu Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

1274386
Prezident Ərdoğan Şərq-Qərb İnstitutunda çıxış etdi

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına qatılmaq üzrə ABŞ-ın Nyu- York şəhərində səfərdə olan prezident Ərdağan Şərq-Qərb İnstitutunun təşkil etdiyi islasda çıxış edib. 15 iyul 2016-cı il çevriliş cəhdinin baş aktörü terror təşkilatı FETO-ya qarşı mübarizə çərçivəsində atılan addımlara toxunan prezident Ərdoğan: “FETO-nun quldur başçısının Türkiyəyə ekstradisiya edilməsi və terror təşkilatının ABŞ-dakı bütün fəaliyyətlərinin qarşısının alınması üçün lazımlı addımları atdıq və atmaqda davam edirik. Sizinlərin də dəstəyi ilə bu terror təşkilatının bütün xain planlarını ümum dünyaya ifşa edəcəyik”-deyə prezident Ərdoğan vurğulayıb.

ABŞ-da yaşayan müsəlmanlara müraciət edən Ərdoğan, DEAŞ və və FETO kimi terror təşkilatlarının imperialistlər tərəfindən maşa kimi istifadə edildiklərinə diqqət çəkərək: “Öz maraqları uğrunda bölgəmizdə terror fəaliyyətlərini davam etdirənləri silahla təmin edənlərin qətl etdikləri hər bir müsəlmanın ölümündən məsul olduqları gözdən yayındırılmamalıdır” deyə qeyd edib.

Prezident Ərdoğan, TÜRKEN Vəqfində gənclərə müraciətində isə: “Dövlətin həmişə gənclərin yayında olacağını vurğulayıb və onlardan 15 İyul gecəsi öz millətini bombalayan xainlər kimi başqalarının təsirində qalmamalarını istəyib.



Әlaqәli Xәbәrlәr