Prezident Rəcəb Tayyib Ərdoğan "Ədliyyə İli" açılış mərasimində çıxış etdi

Prezident Rəcəb Tayyib Ərdoğan ətraflı bir İnsan Haqları Əməliyyat Planı hazırladıqlarını söylədi.

1262421
Prezident Rəcəb Tayyib Ərdoğan "Ədliyyə İli" açılış mərasimində çıxış etdi

Prezident Rəcəb Tayyib Ərdoğan ətraflı bir İnsan Haqları Əməliyyat Planı hazırladıqlarını söylədi.

Prezident Ərdoğan 2019-2020 Ədliyyə İli açılışı münasibətilə Beştəpə Millət Konqresi və Mədəniyyət mərkəzində keçirilən mərasimdə çıxış etdi.

“Məhkəmə islahatı strategiyamızın ən əhəmiyyətli faktlarından biridir” deyən Ərdoğan haqq və azadlıqların qorunması, inkişaf etdirilməsi, zəmanət altına alınması üçün əhatəli bir İnsan Haqları Əməliyyat Planı hazırladıqlarını vurğuladı.

“Məhkəmə müstəqilliyi və tərəfsizliyinin gücləndirilməsini hüququn üstünlüğünün, bununla yanaşı fərdlərin haqq və azadlıqlarının zəmanət altına alınmasının əsas şərti olaraq görürük. Keyfiyyətli insan qaynağı hər sahə kimi ədalət sisteminin yaxşı şəkildə işləməsinin əsas şərtidir. Hüquq təhsilinin keyfiyyətinin artırılması Məhkəmə İslahatı strategiyamızın ən əhəmiyyətli faktlarından biridir”-deyə prezident Ərdoğan qeyd etdi.



Әlaqәli Xәbәrlәr