Şırnakda bir əsgər şəhid oldu

Türk Silahlı Qüvvəlirinin Şırnak vilayətinin Silopi rayonunda terror təşkilatına qarşı əməliyyatı zamanı bir əsgər şəhid oldu, 3 əsgər yaralandı.

1256226
Şırnakda bir əsgər şəhid oldu

Şırnak şəhəri icra hakimiyyət başçılığından yayılan məlumata görə Silopi qəsəbəsinin Kösreli kəndinin yaxınında fəaliyyət aparan Türkiyə neftləri Anonim Ortaqlığı işçilərinin təhlükəsizliyini təmin etmək və bölgədə gizlənən separatçı terror təşkilatı PKK üzvü terroristləri zərərsizləşdirməq məqsədiylə əməliyyat həyata keçirilib. Həmin əməliyyat zamanı əsgərlər ilə separatçı terror təşkilatı arasında qarşılıqlı qarşıdurma baş verib. Nəticədə bir əsgər şəhid olub, 3-ü yaralanıb. TSQ-nin  ərazidə  başlatdığı əməliyyat davam edir.

 



Әlaqәli Xәbәrlәr