Türkiyə BMT-nin YPG / PKK ilə razılaşma imzalamasını qınadı

BMT heç bir terror təşkilatı ilə stol başında əyləşməməlidir

1228853
Türkiyə BMT-nin YPG / PKK ilə razılaşma imzalamasını qınadı

Xarici İşlər Nazirliyindən yayılan açıqlamada BMT-nin Uşaq və Silahlı qarşıdurma üzrə xüsusi nümayəndəsi Virciniya Qambanın terror təşkilatı PKK / PYD / YPG-nin nəzarətindəki SDG-nin dırnaqarası komandiri Fərhad Abdi Şahin ilə bir araya gələrək Fəaliyyət Planı imzalamasının qəbul edilməz olduğu bildirilib.

Türkiyənin cərəyan edən proses ilə bağlı BMT orqanları nəzdində lazımlı addımları atdığı ifadə edilən açıqlamada: BMT terrora qarşı mübarizə edən təşkilatlar arasında ilk sırada iştirak etməlidir. Baxmayaraq terror təşkilatı ilə razılaşma imzalayır. Bunu heç bir sözlə şərh etmək mümkün deyil. Bu BMT-nin terrora qarşı mübarizə mövzusunda özünün qəbul etdiyi qərarları pozduğunun konkret əlamətidir. BMT heç bir terror təşkilatı ilə stol başında əyləşməməlidir. Qəbul ediləbilməz bu addımı qınayırıq”.

 



Әlaqәli Xәbәrlәr