"Fələstinlə Türkiyə arasında əlaqələr hər sahədə güclüdür", R.Maayia

Fələstin Turizm Nazirliyindən verilən yazılı məlumata görə...

1208228
"Fələstinlə Türkiyə arasında əlaqələr hər sahədə güclüdür", R.Maayia

  Türkiyə Hava Yolları (THY) Fələstinə yeni turist karvanlarının getməsi üçün Fələstin Turizm Nazirliyi ilə əməkdaşlığa hazır olduğunu açıqladı.

  Fələstin Turizm Nazirliyindən verilən yazılı məlumata görə, ölkənin turizm naziri Rola Maayia THY Orta Şərq bölgəsi üzrə satış meneceri müavini Məhəmməd Fatih Durmazla işğal altındakı Qərbi Şəriyənin Beytullahım şəhərində bir araya gəlib.

  Durmaz görüşlə bağlı deyib: “THY Fələstinə yeni turist karvanlarının gəlməsinə qatqı təmin edəcək şəkildə əməkdaşlığa hazırdır.

  Maayia da öz növbəsində Fələstinlə Türkiyə arasında əlaqələrin hər sahədə güclü olduğuna diqqəti çəkib.

  Qeyd edək ki, Fələstin Turizm Nazirliyinin məlumatına görə, keçən il 130 mindən artıq Türkiyə vətəndaşı Fələstinə gedib.

  Ümumiyyətlə isə Fələstin torpaqlarına baş çəkən turist sayı 2018-ci ildə 3 milyondan artıq olub.



Әlaqәli Xәbәrlәr