Xarici işlər naziri Mövlud Çavuşoğlu Yaponiyanın “Yüksələn günəş” ordeni ilə təltif olundu

Xarici işlər naziri Mövlud Çavuşoğlu Yaponiyanın İmperatoru Naruhito tərəfindən  “Yüksələn günəş” ordeni (Grand Cordon of the Order of Rising Sun)" ilə təltif edildi.

1206437

Diqlomatik qaynaqlardan əldə edilən məlumata görə, xarici işlər naziri Çavuşoğlu Yaponiyanın İmperatoru Naruhite tərəfindən Türkiyə Yaponiya arasındakı ikili əlaqələrin inkişafı və dostluğun gücləndirilməsi üçün göstərdiyi cəhdlərə görə dövlət ali ordeninə layiq görüldü.

Qaynaqlar bunun Yaponiyanın ən yüksək dövlət ordeni olduğunu və yaxın zamanda nazir Çavuşoğluna təşkil ediləcək mərasimdə təqdim ediləcəyini bildirdi.

Türkiyə-Yaponiya Parlamentlərarası Dostluq Qrupunun sədri olduğu və nazirliyi dövründə yapon siyasi dairələrilə yaxın əlaqələr quran nazir Çavuşoğlunun Yaponiyanın mədəniyyətinə qarşı marağı olduğu və yanaşı yapon dilində də danışdığı qeyd edildi.  

Xatırladaq ki, “Yüksələn günəş” ordeni Türkiyədən daha əvvəl 1958-ci ildə mərhum Adnan Məndərəs, mərhum xarici işlər naziri Fatin Rüştü Zorlu və BMT İnkişaf Proqramı sədrliyi vəzifəsini tamamladıqdan sonra 2009-cu ildə Kamal Dərvişə də təqdim edilmişdi.

Әlaqәli Xәbәrlәr