Paraqvayda Türkiyə Səfirliyi açıldı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu paraqvaylı həmkarı Luis Alberto Kastiqlioni ilə birgə Paraqvayda Türkiyə Səfirliyinin açılışında iştirak etdi.

1193995
Paraqvayda Türkiyə Səfirliyi açıldı

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu paraqvaylı həmkarı Luis Alberto Kastiqlioni ilə birgə Paraqvayda Türkiyə Səfirliyinin açılışında iştirak etdi.

  Türkiyə və Paraqvay münasibətlərini dəyərləndirən M.Çavuşoğlu dedi:  

  “Paraqvay xarici işlər naziri Luis Alberto Kastiqlioni səfirliyin açılmasıyla bağlı ötən ilin sentyabrında söz vermişdi. Həmkarına verdiyi sözə əməl etdikləri üçün təşəkkürlərimizi çatdırırıq.

  Asunsionda keçən il Türkiyə səfirliyini açdıq və hal-hazırda fəaliyyətdədir.

  Son 2 ildə əlaqələri daha da inkişaf etdirmək üçün çox səy sərf edirik”.

  L.A.Kastiqlioni də çıxış edərək Paraqvay prezidenti Mario Abdo Benitezin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə xalqına salamlarını da çatdırdı.

  İkili daha sonra üzərində Paraqvay Səfirliyi yazılan lövhənin üzərindən Paraqvay bayrağını qaldıraraq lövhənin önündə xatirə şəkil çəkdirdi.



Әlaqәli Xәbәrlәr