Ərdoğan: "Türkiyə müdafiə sahəsində də təzyiqləri qəbul etməyib, etməyəcək"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  F-35 döyüş təyyarəsi layihəsinin tamamilə çökməyə məhkum olduğunu söylədi.

1192826
Ərdoğan: "Türkiyə  müdafiə sahəsində də təzyiqləri qəbul etməyib, etməyəcək"


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  İstanbulda "IDEF19" 14-cu Beynəlxalq Müdafiə Sənayesi Sərgisində çıxış etdi.
 
 Ərdoğan çıxışında müdafiə sənayesində layihədən istehsala qədər bütün mərhələlərdə söz sahibi olma hədəfinə adım-addım yanaşıldığını qeyd edərək: "Türkiyə siyasi, diplomatik və iqtisadi sahədə olduğu kimi, müdafiə sahəsində də heç bir təzyiqləri qəbul etməyib, etməyəcək. Türkiyənin təcrid olunduğu  F-35 layihəsi tamamilə çökməyə məhkumdur" dedi.
 
 Türkiyə prezidenti silahlı və silahsız pilotsuz uçan aparatlar (PUA) sahəsində dünya miqyasında nüfuzlu mövqe əldə etdiyini vurğulayaraq sözünə belə davam etdi: "İndi biz öz milli döyüş təyyarəmizi istehsal edəcək addımları da sürətlə atmağa başladıq. İnşallah, Hərbi Hava Qüvvələrimizin bundan sonrakı təchizatında ağırlıq öz milli döyüş təyyarələrimizin üzərinə düşəcək. Zireh, optik, proqram, motor, simülyatorlar, partlayıcı texnologiyalar başda olmaqla, ölkəmizin önünü kəsmək üçün vasitə kimi istifadə edilən hər məsələdə özümüzün və dostlarımızın ehtiyaclarını qarşılayacaq infrastrukturu qurmaq istiqamətində əzmlə çalışırıq".

 Ərdoğan Türkiyənin təyyarələrdə istifadə etmək üçün tələb etdiyi texnikanı verməyənlərin  indi də yerli istehsallar qarşısında təəccüblərini gizlədə bilmədiklərini qeyd etdi.
 
 Türkiyənin tarix boyu daxil olduğu bütün ittifaqların hüququna sadiq qalan, üzərinə düşən öhdəlikləri yerinə yetirən bir ölkə olduğunu vurğulayan Ərdoğan:"Sərhədlərimizdə baş verən təcavüzlər səbəbindən hava müdafiə sisteminə ehtiyacımız olduğunda ilk müraciət etdiyimiz yer müttəfiqlərimiz olub. Lakin təəssüf ki, bu istiqamətdəki tələblərimiz ya tamamilə cavabsız qalıb, ya da məsələni uzatmaq üçün qarşımıza şərtlər qoyulub" dedi.



Әlaqәli Xәbәrlәr