"Bələdiyyə seçkilərindən sonra Türkiyəni nə gözləyir", F.Altun

Türkiyə Prezident Aparatı mətbuat xidmətinin rəhbəri Fəxrəddin Altun bələdiyyə seçkilərinin başa çatması ilə Türkiyənin uzun illərdən sonra ilk dəfə dörd il yarımlıq bir seçkisiz dövrə girdiyini söylədi.

1182783
"Bələdiyyə seçkilərindən sonra Türkiyəni nə gözləyir", F.Altun

  Türkiyə Prezident Aparatı mətbuat xidmətinin rəhbəri Fəxrəddin Altun bələdiyyə seçkilərinin başa çatması ilə Türkiyənin uzun illərdən sonra ilk dəfə dörd il yarımlıq bir seçkisiz dövrə girdiyini söylədi.
  "Əl-Cəzirə" (Al Jazeera) üçün "Bələdiyyə seçkilərindən sonra Türkiyəni nə gözləyir" başlıqlı bir məqaləsində F.Altun yazıb:
  "2023-cü ilə qədər prezidentin gündəmində iqtisadiyyat, Suriya böhranı və milli müdafiə məsələləri üç əsas hədəf olacaqdır.
   Son illər Türkiyənin gündəmində Suriyanın şimalında PKK və DAEŞ terror təşkilatlarına qarşı mübarizə əsas yer tutur. Digər hədəfimiz isə PKK-nın Suriya qolunun (YPG) işğal etdiyi Münbiçin liberallaşdırılması və Fərat çayı ilə Suriya-İraq sərhədi arasındakı bütün terror fəaliyyətlərinin dayandırılmasıdır.  
  NATO-nun ən böyük ikinci ordusuna malik ölkəmiz Suriya vətəndaş müharibəsinin təsirindən qorunmaq üçün hava müdafiəsini də gücləndirməyə ehtiyac duyur. Buna görə illər boyu ən qabaqcıl texnologiya və ən uyğun şərtlərin yollarını axtardıq, Rusiya Federasiyasının S-400 raket əleyhinə müdafiə sistemini almaq üçün bir müqavilə imzaladıq. Yunanıstan kimi NATO üzvü olan ölkənin də Rusiyanın bu hava müdafiə sisteminə malik olduğunu düşünərək hesab edirik ki, müttəfiqlərimiz Türkiyənin suverenliyinə hörmət göstərəcək. Amma S-400-ün təslim ediləcəyi iyul ayından bir neçə ay əvvəl ABŞ-ın qəti şəkildə Türkiyəni imzalanmış bir müqavilədən çəkindirməyə çalışdığını gördük. Türkiyəyə bu müdafiə sisteminə bənzər təchizatı satmağı rədd edən rəsmi Vaşinqtonun milli təhlükəsizliyinə sərmayə qoymaq istəyən bir NATO müttəfiqini dayandırmaq istədiyini anlamaqda çətinlik çəkirik.
  Türkiyə prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın liderliyilə tarixi bir iqtisadi inkişaf əldə etmiş, ölkəyə yüz milyardlarla dollarlıq birbaşa xarici investisiya çəkə bilmiş və regional güc halına gəlmişdir. Qarşıdakı illərdə də eyni hədəflər istiqamətində çalışmağa davam edəcəyik."



Әlaqәli Xәbәrlәr