İbrahim Kalın İtaliyaya qondarma ‘‘ermәni soyqırımı’’ ilә bağlı reaksiya göstәrib

Türkiyә Prezident Aparatının mәtbuat katibi İbrahim Kalın İtaliya parlamentinin qondarma ''erməni soyqırım''ı  ilә bağlı qәbul etdiyi  qәrarının  tarixi hәqiqәtlәrә әsaslanmadığını bildirib.

1181018

İbrahim Kalın 1915-ci il hadisәlәrini ‘‘soyqırım’’ olaraq tanıyan İtaliya parlamentinin qәrarına şәxsi ‘‘Twitter’’ sәhifәsindәn reaksiya göstәrib.

Kalın açıqlamasında bu ifadәlәrә yer verib: ‘‘ İtaliya parlamentinin qondarma ‘‘erməni soyqırım’’ı  ilә bağlı  qәrarı tarixi hәqiqәtlәrә әsaslanmır. Prezidentimizin birgə komissiyanın yaradılması ilә bağlı çağırışını görməməzlikdən gәlәn  və siyasi populizmi gücləndirən bu addımı  qəti şəkildə rədd edirik. "

Türkiyә Prezident Aparatının Kommunikasiya mәsәlәlәri üzrә başçısı Fahrettin Altun mәsәlә ilә bağlı verdiyi açıqlamada deyib: ‘‘Biz İtaliya parlamentinin bu addımını qәtiyyәtlә qınayırıq’’.

Şәxsi  ‘‘Twitter’’ sәhifәsindәn açıqlama verәn Fahrettin Altun bildirib ki, bir-birimizin xatirələrinə hücum etmək əvəzinə, həqiqətin  ortaya  çıxması üçün sәy göstәrmәliyik.

İtaliyanın Nümayәndәlәr Palatası hökumәt tәrәfindәn qondarma ‘‘ erməni soyqırım’’ı  ilә bağlı parlamentә tәqdim olunan tәklifi qәbul edib.

Qeyd edәk ki, bu qәrar hüquqi mәna daşımır.

Әlaqәli Xәbәrlәr