Bu gün Türkiyәdә bәlәdiyyә seçkilәri keçirilir

Sәsvermә hüququna malik 57 milyon 58 min 636 seçici 194 min 390 seçki mәntәqәsindә sәs verә bilәcәk.

1173755
Bu gün Türkiyәdә bәlәdiyyә seçkilәri keçirilir

 

Bu gün Türkiyәdә bәlәdiyyә seçkilәri keçirilir.

Sәsvermә hüququna malik 57 milyon 58 min 636 seçici 194 min 390 seçki mәntәqәsindә sәs verә bilәcәk.

Ali Seçki Komissiyasının qərarına əsasən, Adıyaman, Ağrı, Artvin, Bingöl, Bitlis, Diyarbəkir, Elazığ, Ərzincan, Ərzurum, Qaziantep, Giresun, Hakkari, Qars, Malatya, Kahramanmaraş, Mardin, Muş, Ordu, Rizə, Siirt, Sivas, Trabzon, Tunceli, Gümüşhane, Şanlıurfa, Van, Bayburt, Batman, Şırnak, Ardahan, İğdır və Kilis şəhərində bələdiyyə seçkilərinə səs vermə prosesi başlayıb.

Bu şәhәrlәrdә səs vermə prosesi yerli vaxtla saat 16.00-da başa çatacaq. Ölkənin digər şәhәrlәrindә isә  səs vermə saatları yerli vaxtla 08.00-dən 17.00-dək olacaq.

Seçkilәrdә 12 siyasi yartiya (Hakim Ədalət və İnkişaf Partiyası, Müstəqil Türkiyə Partiyası, Böyük Birlik Partiyası, Cümhuriyyət Xalq Partiyası, Demokrat Partiya, Demokratik Solçu Partiyası, Xalqların Demokratik Partiyası, "İYİ Parti", Milliyyətçi Hərəkat Partiyası,  Səadət Partiyası,Türkiyə Kommunist Partiyası vә Vətən Partiyası) iştirak edәcәk.

Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri beş ildən bir keçirilir.



Әlaqәli Xәbәrlәr