Türkiyə və İranın birgə əməliyyatı

Daxili İşlər nazirinin müavini Muhtərəm İncə İranın Daxili İşlər nazirinin müaviniHüseyn Zülfikari ilə martın 18-də iki ölkənin sərhəd xəttində birvaxtlı və koordinasiyalı olaraq başladılan birgə əməliyyatla əlaqədar telefonla danışıb.

1167426

Daxili İşlər Nazirliyinin həmin mövzu ilə bağlı açıqlamasına görə, İncə ilə Zülfikar arasındakı telefon danışığında Türkiyə ilə İranın təhlükəsizliyinə təhdid təşkil edən cinayətkarlara və terror qruplarına birvaxtlı əməliyyat keçirilməsinə dair müqavilələrin qüvvəyə mindirilməsi barədə əldə olunan razılaşmadan məmnuniyyət duyduqları dilə gətirilib.

Telefon danışığında bölgədə Türkiyə ilə İranın terrorçu qruplara və narkotik maddə qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində etdiyi əməkdaşlığın iki ölkə xalqının dincliyi üçün əhəmiyyətli olduğu vurğulanıb.

Birvaxtlı və koordinasiyalı əməliyyatla əlaqədar Jandarm komandanı general Arif Çətin ilə İran Sərhəd Mühafizləri komandanı general-mayor Kazım Rzainin bu gün keçirdikləri telefon danışığında əməliyyatın daha bir müddət davam etməsi qərara alınıb.

Telefon danışığında Türkiyə və İran İslam Cümhuriyyətinin PKK/PJAK terror təşkilatına qarşı mübarizənin qətiyyyətli şəkildə davam edəcəyi bildirilib.

Әlaqәli Xәbәrlәr