"ABŞ tərəfdən gələn şərhlər sərhədi aşdı", Ö.Çelik

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemi tədarükü ilə bağlı ABŞ tərəfdən gələn şərhlərin sərhədi aşdığını söyləyib.

1161110
"ABŞ tərəfdən gələn şərhlər sərhədi aşdı", Ö.Çelik

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemi tədarükü ilə bağlı ABŞ tərəfdən gələn şərhlərin sərhədi aşdığını söyləyib.

Ömər Çelik partiyanın mərkəzi qərargahında mətbuat konfransı keçirib. O, Türkiyənin Suriyadakı müharibə ilə birlikdə havadan müdafiə ehtiyacının da artdığını, bu məqsədlə ABŞ-dan “Patriot” əldə etməyə cəhd göstərilsə də, lakin Türkiyənin tələblərinə müsbət cavab verilmədiyini deyib. Bildirib ki, hava məkanının təhdidlərə məruz qaldığı Türkiyənin NATO müttəfiqləri tərəfindən dəstəklənməsi lazım idi.

“Patriot”u verməyən tərəfin S-400-ün alınması mövzusunda yanlış şərhlər verdiyini ifadə edən partiya sözçüsü S-400-lərin Türkiyənin ehtiyaclarını qarşılayacaq səviyyədə olduğunu, həm maliyyə, həm də texnologiya baxımından əlverişli olduğunu söyləyib.

ABŞ-ın S-400 mövzusunda Türkiyəyə qarşı davranışlarının əhəmiyyətsiz olduğunu, ölkəsinin bu cür kaprizlərlə məşğul olmayacağını dilə gətirən Ömər Çelik bildirib ki, S-300 NATO üzvü olmayan 23 ölkəyə satılıb. Türkiyəyə qarşı belə rəftarın nümayiş etdirilməsi ikili standartdır. “Niyə Yunanıstanda S-300-ün mövcudluğunu normal qarşılayırlar? Bolqarıstan, Yunanıstan və Slovakiya da NATO-nun üzvüdür” deyən AK Partiyanın təmsilçisi məsələ ilə bağlı şərhlərin sərhədi aşdığını, hətta F-35 döyüş təyyarəsi proqramına Türkiyənin də daxil edilməsi məsələsinə yenidən baxılması kimi məntiqsiz bir nöqtəyə gəldiyini, NATO müttəfiqliyinə yaraşmayan bəzi ifadələr işlədildiyini də bildirib. “ Bu şəkildə təhdidlər Türkiyənin qapısından içəri girməz, Türkiyədə də kimsə bunu hiss etməz”, deyə Ö.Çelik sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr