Prezident Rəcəb Tayyib Ərdoğan Soçiyə yola düşdü

Prezident Rəcəb Tayyib Ərdoğan, xüsusi təyyarəsi "CAN" ilə Türkiyə vaxtıyla saat 10.05-də Rusiyanın Soçi şəhərinə yola düşdü.

1145034
Prezident Rəcəb Tayyib Ərdoğan Soçiyə yola düşdü

Suriya probleminin nizamlanması üzrə keçiriləcək növbəti sammitə qatılmaq üzrə Soçiyə gedən Prezident Rəcəb Tayyıb Ərdoğanı Milli Müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mevlüt Çavuşoğlu, Xəzinə və Maliyyə naziri Berat Albayrak, MİT-nin rəhbəri Hakan Fidan, Prezident yanında informasiya xidmətləri ofisinin rəhbəri Fahrəttin Altun və Prezident sözçüsü İbrahim Kalın müşayiət edir.

Rəcəb Tayyib Ərdoğan, Soçidə Rusiya Dövlət Başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin iştirakı ilə baş tutacaq Suriya mövzulu sammitə qatılacaq. Yığıncaqda Suriyada vəziyyətin uzun müddət normallaşdırılması məqsədi ilə gələcəkdə birgə addımların atılmasının nəzərdən keçirilməsi planlaşdırılır. Suriya konstitusiya komitəsinin formalaşdırılması, İdlibdə və Suriyanın şimal-şərqindəki kürd ərazilərində vəziyyət, həmçinin Amerika qoşunlarının ərəb respublikasından çıxarılmasının və digər probləmlər  müzakirə ediləcək.



Әlaqәli Xәbәrlәr