"Artıq Türkiyə gəmi, PUA və vertolyot ixrac edən bir dövlətdir", H.Akar

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar dövlətin müdafiə sənayesində böyük bir canlanma yarandığını söylədi.

1141954
"Artıq Türkiyə gəmi, PUA və vertolyot ixrac edən bir dövlətdir", H.Akar

  Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi, İstanbulun Tuzla rayonu sahillərində Ufuk test və təlim gəmisinin (A-591) dənizəçıxma mərasimində müdafiə sənayesində yerlilik və millilik baxımından növbəti əhəmiyyətli addımın atıldığını vurğulayan H.Akar deyib:

  “Türkiyə Silahlı Qüvvələrinin yerli və milli müdafiə sənayesi əsasında qurulan imkan və bacarıqları, inkişafı əvvəlki dövrlərlə müqayisədə daha əhəmiyyətli pilləyə qalxıb. Bu istiqamətdə dövlətimiz müdafiə sənayesində milli dəyərlərimiz və mənfəətlərimiz əsasında yüksələn böyük bir həmləyə imza atır. Artıq “daşınma su ilə dəyirman dönməz”. Bu zehniyyətə son verilmişdir. 1974-cü ildən silah qadağasına məruz qalan bir ölkədən bu gün gəmi, Pilotsuz Uçan Aparat (PUA) və vertolyot ixrac edən bir dövlət halına gəldik. 2002-ci ildə təxminən 60 olan müdafiə sənayesi layihələrinin sayı 10 qat artaraq 650-yə yaxınlaşıb.

  Artıq Türkiyə yerli müdafiə sənayesi şirkətlərinin dünyanın ən əhəmiyyətli firmalarıyla yarışa girə bilmələri bizə qürur hissi verir. Belə ki, dünyanın ən böyük 100 müdafiə sənayesi firması arasında Türkiyədən də dörd firma vardır”.



Әlaqәli Xәbәrlәr