Rәcәb Tayyib Әrdoğan vә Aleksis Çipras birgә mәtbuat konfransında çıxış ediblәr

Rәcәb Tayyib Әrdoğan Ankarada sәfәrdә olan Yunanıstan Baş naziri Aleksis Çiprası qәbul edib.

1139497
Rәcәb Tayyib Әrdoğan vә Aleksis Çipras birgә mәtbuat konfransında çıxış ediblәr

 

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Yunanıstanın FETÖ, PKK vә DHKP-C terrorçularının  sığındığı etibarlı ölkә olmamasını gözlәdiklәrini deyib.

Rәcәb Tayyib Әrdoğan Ankarada sәfәrdә olan Yunanıstan Baş naziri Aleksis Çiprası qәbul edib.

Görüşdәn sonra keçirilәn birgә mәtbuat konfransında çıxış edәn Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Yunanıstan ilә aramızdakı bütün mәsәlәlәri sülh yolu ilә hәll edә bilәcәyimizә inanıram. Yunanıstanın  FETÖ, PKK vә DHKP-C  terrorçularının  sığındığı etibarlı ölkә olmamasını gözlәyirik’’.

Rәcәb Tayyib Әrdoğan Aleksis Çiprasın rәhbәrlik etdiyi nümayәndә heyәti ilә keçirdiyi görüşdә FETÖ terrorçuların Türkiyәyә ekstradisiyası ilә bağlı gözlәntilәrini bir daha dilә gәtirdiyini bildirib.

Viza rejimi mәsәlәsinә dә toxunan Rәcәb Tayyib Әrdoğan bildirib ki, biz verdiyimiz sözlәri  tutduğumuz kimi  Avropa İttifaqından da öz  öhdәliklәrini yerinә yetirmәlәrini  gözlәyirik.

Aleksis Çipras isә öz növbәsindә Türkiyә ilә Yunanıstan arasındakı dialoqun sәmimi olduğunu vurğulayıb.

‘‘Problemlәri dialoq yolu ilә hәll etmәyә çalışırıq’’,-deyә Yunanıstan Baş naziri qeyd edib.



Әlaqәli Xәbәrlәr