Türkiyә Moqadişoda törәdilәn terror aktını qınadı

Türkiyә Somalinin paytaxtı Moqadişoda törәdilәn terror aktını qınayıb.

1138881
Türkiyә Moqadişoda törәdilәn terror aktını qınadı

 

Türkiyә Somalinin paytaxtı Moqadişoda törәdilәn terror aktını qınayıb.

Xarici İşlәr Nazirliyindәn verilәn açıqlamada bu ifadәlәrә yer verilib: ‘‘Moqadişodakı ticarәt mәrkәzlәrinin birindә dörәdilәn terror aktı nәticәsindә çox sayda adamın hәlak olması vә yaralanması ilә bağlı xәbәr bizi kәdәrlәndirdi. Bu xain hücumu qınayır, hücum nәticәsindә hәlak olanlara Allahdan rәhmәt, xәsarәt alanlara şәfa, qardaş Somali xalqına vә hökumәtinә dәrin hüznlә başsağlığı veririk’’.

Qeyd edәk ki, Moqadişonun Hamar Veyne bölgәsindәki bir ticarәt mәrkәzindә törәdilәn terror aktı nәticәsindә 7 nәfәr hәlak olmuşdu, 9 nәfәr dә xәsarәt almışdı.



Әlaqәli Xәbәrlәr