Yunanıstanın baş naziri işgüzar səfərlə Türkiyəyə gələcək

İşgüzar səfərdə iki ölkə arasındakı əməkdaşlığın inkişaf etdirilməsi üçün atıla biləcək addımlar müzakirə olunacaq.

1138290
Yunanıstanın baş naziri işgüzar səfərlə Türkiyəyə gələcək

Yunanıstanın Baş naziri və Xarici İşlər naziri Aleksis Çiprasın prezident Rəcəb Tayyib Ərdoğanın dəvətinə görə reallaşdıracağı işgüzar səfərində iki ölkə arasındakı əməkdaşlığın inkişaf etdirilməsi üçün atıla biləcək addımlar müzakirə olunacaq.

Prezident Aparatının mətbuat xidmətindən yayılan açıqlamada Çiprasın prezident Ərdoğanın dəvəti çərçivəsində 5-6 fevralda Türkiyəyə işgüzar səfər edəcəyi xatırladılıb.

Səfər çərçivəsindəki görüşlərdə Türkiyə və Yunanıstan arasındakı ikitərəfli əlaqələr hər cəhətilə gözdən keçiriləcək, əməkdaşlığın inkişafı üçün atıla biləcək addımlar müzakirə ediləcək.

Açıqlamada görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsinin aparılmasının da nəzərdə tutulduğu ifadə edilib.



Әlaqәli Xәbәrlәr