Ərdoğan: "Torpaqlarımıza göz dikənlərin gözlərini çıxaracağıq, bilsinlər"

Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan "Zeytun Budağı" əməliyyatının birinci ildönümündə terrorla mübarizədəki qətiyyəti vurğuladı.

1129416
Ərdoğan: "Torpaqlarımıza göz dikənlərin gözlərini çıxaracağıq, bilsinlər"

 Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan dünən Samsunda keçirdiyi namizəd təqdimatı toplantısından sonra bu gün Orduya getdi.
 
 Ərdoğan Orduda namizəd təqdimatı toplantısında çıxış edərək: "Afrində bütün terror təşkilatlarını tunellərə gömdük. Cerablusta, Əl Babda, Cudidə, Qabarda, Tendürekdə də gömdük və bu günlərə gəldik" dedi.
 
 Rəcəb Tayyib Ərdoğan: "Bizi bölə, parçalaya bilməyəcəksiniz. Torpaqlarımıza göz dikənlərin gözlərini çıxaracağıq, bilsinlər" ifadələrini işlətdi.



Әlaqәli Xәbәrlәr