Çavuşoğlu: "Dünyanın ən zəngin ölkəsi deyilik, amma ən səxavətli ölkəsiyik"

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Suriyada siyasi həll məsələsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının çətiri altında rol alan ən əhəmiyyətli aktyorlardan birinin Türkiyə olduğunu söylədi.

1114982
Çavuşoğlu: "Dünyanın ən zəngin ölkəsi deyilik, amma ən səxavətli ölkəsiyik"


 Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu İstanbulda Səbahəddin Zaim Universitetinin Siyasət klubunun keçirdiyi konfransda iştirak etdi.

Konfransda çıxış edən Çavuşoğlu qloballaşan dünyanın prosesləri izləyərək və təhlillər apararaq yürüdüləcək siyasəti müəyyənləşdirmək məcburiyyətini doğurduğunu söylədi.

 Nazir Türkiyənin bütün prosesləri yaxından təqib edərək çoxşaxəli və proaktif xarici siyasəti uğurla həyata keçirməyə çalışdığını vurğuladı, tarazlı xarici siyasət yürütmənin Türkiyə kimi ölkələrin əsas ehtiyacı olduğunu ifadə etdi.
 
 Türkiyənin xarici siyasətinin prioritetlərindən birinin də böhranın idarə edilməsi olduğunu qeyd edən Çavuşoğlu Suriyada xüsusilə də, Hələb böhranında Türkiyənin səyləri sayəsində   atəşkəsin müəyyən bir səviyyədə təmin olunduğunu, Suriyanın siyasi həllə doğru getməsində ən əsas rolun yenə də Türkiyənin öhdəsinə düşdüyünü bildirdi.
 
 Mövlud Çavuşoğlu Amerika Birləşmiş Ştatlarının Suriyadan çıxma qərarında da ən mühüm aktyorun Türkiyə olduğunu dilə gətirdi.
 
Xarici İşlər naziri Türkiyə üçün milli və müqəddəs xarakter daşıyan mübarizələrin də olduğunu xatırlatdı, Qüds və Fələstin məsələsində susmayan yeganə ölkənin Türkiyə olduğunu dedi.
 
 Türkiyənin bu gün humanitar xarici siyasətdə  dünyada ilk sırada olduğunu söyləyən Çavuşoğlu: "Dünyanın ən zəngin ölkəsi deyilik, lakin bütün böhranlara, problemlərə rəğmən ən səxavətli ölkəsiyik" dedi.



Әlaqәli Xәbәrlәr