Türkiyəyə "Patriot" raketlərinin satılmasına icazə verildi

Amerika Birləşmiş Ştatları Dövlət Departamenti 3.5 milyard dollar məbləğindəki hava və raket müdafiə sistemlərinin Türkiyəyə satışına razılıq verdi.

1109554
Türkiyəyə "Patriot" raketlərinin satılmasına icazə verildi

Amerika Birləşmiş Ştatları Dövlət Departamenti 3.5 milyard dollar məbləğindəki hava və raket müdafiə sistemlərinin Türkiyəyə satışına razılıq verdi.
 
 ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) tabe olan Müdafiə Təhlükəsizlik Əməkdaşlıq Agentliyi sözügedən satışın təsdiq edilməsinə dair yazılı açıqlama verdi.
 
 Açıqlamada:"Dövlət Departamenti təxminən 3.5 milyard dollar məbləğində olan 80 MIM-104E tuşlama sistemi ilə təhciz edilmiş  "Patriot" raketi, 60 təkmilləşdirilmiş "Patriot-3 "(PAC-3) raketi və müvafiq ehtiyat hissələrinin satışının təsdiq edilməsi ilə bağlı qərar qəbul etdi. Müdafiə Təhlükəsizlik Əməkdaşlıq Agentliyi  bu gün Konqresi satışla bağlı məlumatlandırdı" deyilir.
 
 Bundan başqa, sözügedən müdafiə sistemi paketinə 4 AN/MQP-65 radar dəsti, 4 kilidlənmə tuşlama sistemi, 10 antena dirək qrupu, 20 M903 havaya buraxma stansiyası, 5 elektrik stansiyası ilə yanaşı, rabitə avadanlıqları, test cihazları, mənzil proqramları və dəstək avadanlıqlarının da daxil olduğu bildirilir.
 
 Satışın təsdiq olunmasının Türkiyənin hava müdafiə qabiliyyətinə əhəmiyyətli çeviklik qazandıracağı ifadə edilən açıqlamada:"Hava və raket təhdidlərinin və başqa hücumların qarşısına almaq qabiliyyətinə malik təhlükəsiz bir Türkiyə NATO və Avropa qitəsində sülh və sabitliyi təmin edəcəkdir" deyə qeyd edilir.
 
 ABŞ Dövlət Departamentinin  rəsmisi məsələ ilə bağlı bunları söylədi: "Türkiyə hava və raket müdafiə qabiliyyətini artırmaq, ərazi bütövlüyünü müdafiə etmək və regional təhlükələrin qarşısını almaq üçün "Patriot"lardan istifadə edəcəkdir. Təklif olunan satış Türkiyə ordusunun düşmənçilik məqsədilə həyata keçirilən hücumlara qarşı qorunma və Türkiyənin sərhədləri daxilində olan NATO müttəfiqlərini qorumaq hədəfli müdafiə qabiliyyətlərini artıracaqdır".



Әlaqәli Xәbәrlәr