"Pakistan ilə əlaqələrimiz unudulmaz tarixin böyük əmanətidir", S.Soylu

Daxili İşlər naziri Süleyman Soylu yaxın günlərdə Türkiyə, Əfqanıstan, İran, Pakistan olaraq bu bölgədəki köç hərəkətləri üçün müəyyən bir mətn çərçivəsində yığıncaq keçirəcəklərini bildirib.

1108664
"Pakistan ilə əlaqələrimiz unudulmaz tarixin böyük əmanətidir", S.Soylu

Daxili İşlər naziri Süleyman Soylu yaxın günlərdə Türkiyə, Əfqanıstan, İran, Pakistan olaraq bu bölgədəki köç hərəkətləri üçün müəyyən bir mətn çərçivəsində yığıncaq keçirəcəklərini bildirib.

 Soylu Pakistanın paytaxtı İslamadabdakı rəsmi görüşlərindən sonra “Anadolu” xəbər agentliyinə verdiyi açıqlamada, bu ölkənin Daxili İşlər naziri Şəhriyar Afridi və Baş naziri İmran Xan ilə görüşdüyünü deyib.

 Pakistan ilə olan yaxınlığın və əlaqənin unudulmaz tarixin böyük bir əmanəti olduğunu söyləyən Soylu Qurtuluş savaşından bəri Türkiyəyə verdiyi dəstəyə görə Pakistan və xalqına təşəkkür edib.

Süleyman Soylu Pakistan ilə əməkdaşlığın ən yüksək səviyyədə davam etdiyini vurğulayaraq deyib ki, təhlükəsizliklə əlaqəli əməkdaşlıq barədə əla bir razılaşma əldə etdik. Pakistanda indiyədək cəmi 6 mindən artıq polis əməkdaşına təlim keçildi. Bunu davam etdirəcəyik. Xüsusilə kiber cinayətləri barədə əməkdaşlıq edilməsi üçün razılaşıldı.

Əhəmiyyət kəsb edən mövzulardan birinin də nizamsız köç olduğunu vurğulayan Soylu bu mövzuda xüsusilə Daxili İşlər naziri Şəhriyar Afridi ilə ilk vəzifəyə başladığı gündən bəridir əlaqədə olduqlarını deyib.

Nazir Soylu “Nizamsız köçlə əlaqəli öz aramızda məlumat ötürülməsi barədə ciddi mexanizm yaradacağıq” deyə bildirib.

Fətullahçı Terror Təşkilatı (FETÖ) mövzusunda Türkiyə ilə etdiyi əməkdaşlığa görə Pakistan hökumətinə təşəkkür edən Süleyman Soylu “Pakistan bu məsələ ilə bağlı ciddi mənada anlayış göstərdi, əməkdaşlıq etdi. Ciddi nəticələr əldə edəcəyimizə inanıram” deyib.

Yaxın zamanda nizamsız köç məsələsi üçün əhəmiyyətli addımlar atacaqlarını da qeyd edən Soylu bildirib ki, Türkiyə, Əfqanıstan, İran, Pakistan olaraq bu bölgədəki köç hərəkətləri üçün müəyyən bir mətn çərçivəsində yığıncaq keçirəcəyik.



Әlaqәli Xәbәrlәr