Ulu öndər Heydər Əliyevin xatirəsi Ankarada və İstanbulda yad olundu

Ankara, İstanbul, İzmir və Qars şəhərlərində Azərbaycanın ümumilli lider Heydər Əliyevin vəfatının 15-ci il dönümü münasibəti ilə anım tədbirləri keçirildi.

1105665
Ulu öndər Heydər Əliyevin xatirəsi Ankarada və İstanbulda yad olundu

Ankara, İstanbul, İzmir və Qars şəhərlərində Azərbaycanın ümumilli lider Heydər Əliyevin vəfatının 15-ci il dönümü münasibəti ilə anım tədbirləri keçirildi.

Ankarada Heydər Əliyev adına parkda baş tutan mərasimdə Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, hər iki ölkədən siyasi xadimlər, millət vəkilləri, diaspor nümayəndələri, ictimaiyyət nümayəndələri iştirak etdi. Heydər Əliyevin büstünün önünə çiçək dəstələri qoyulub, onun adını daşıyan məktəbdə bədii proqram təşkil olundu.

Çıxışlarda ulu öndərin şərəfli ömür yolu, Azərbaycan xalqının həmrəliyi, dövlətimizin möhkəmlənməsi yolunda yürütdüyü müdrük siyasət barəsində fikirlər söylənildi, onun bağlı xatirələr bölüşüldü.

Ulu öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar İstanbulun Sarıyer rayonunda yerləşən Heydər Əliyev Parkında da anım tədbiri təşkil olundu. Ümummilli Liderin abidəsi önünə əklil və gül dəstələri düzüldü.

Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun kollektivi, bu şəhərdə fəaliyyət göstərən digər qurumların təmsilçiləri, diplomatlar, ziyalıları, QHT və KİV təmsilçiləri Ulu Öndərin xatirəsinə ehtiram göstərdilər.

Sonra Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün abidəsi önünə də gül dəstələri qoyuldu, xatirəsi yad olundu.

İstanbulda fəaliyyət göstərən Azərbaycan və Türkiyənin dövlət qurumları,müəssisə və təşkilatlar adından Heydər Əliyev Parkına gül çələngləri gətirildi.



Әlaqәli Xәbәrlәr