Ərdoğan Xanuka Bayramı münasibətilə təbrik etdi

Yəhudi inancına mənsub bütün vətəndaşların bayramını təbrik edən Ərdoğan bunları qeyd edib...

1098970
Ərdoğan Xanuka Bayramı münasibətilə təbrik etdi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xanuka Bayramı münasibətilə təbrik etdi.

  Yəhudi inancına mənsub bütün vətəndaşların bayramını təbrik edən Ərdoğan bunları qeyd edib:

  “Biz vətəndaşlarımızın mənşə, irq, məzhəb, inanc ayrı-seçkiliyinə məruz qalmadan sülh şəraitində bir yerdə yaşaya, öz mədəni ənənələrini əks etdirə, din və etiqad azadlığını qoruya bilməsinə əvvəldən böyük əhəmiyyət vermişik. Fərqlilikləri zənginlik olaraq qəbul edən bir mədəniyyətin nümayəndələri kimi bu qarşılıqlı sevgi və hörmət mühitinin gələcəkdə də davam edəcəyi ümidilə yəhudi vətəndaşlarımız başda olmaqla, bütün dünya yəhudilərinin Xanuka Bayramını təbrik edir, onlara can sağlığı arzulayıram".



Әlaqәli Xәbәrlәr