Rəcəb Tayyib Ərdoğan: "Həqiqi dost çətin günlərdə məlum olur"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə və Qətərin çətin günlərin dostları olduqlarını dəfələrlə nümayiş etdiklərini söylədi.

1095540
Rəcəb Tayyib Ərdoğan: "Həqiqi dost çətin günlərdə məlum olur"
al sani-erdogan1.jpg

İstanbulda Vəhdəddin Köşkündə Türkiyə-Qətər Yüksək Səviyyəli Strateji Şuranın 4-cü toplantısı Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan və Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Saninin iştirakı ilə keçirildi.
 
Türkiyə prezidenti toplantıda çıxış edərək bunları söylədi: "Qətərli qardaşlarım, ilk növbədə, sizi ikinci evinizdə salamlayıram. Diplomatik əlaqələrimizin 45-ci ildönümünü qeyd etdiyimiz belə bir dövrdə əməkdaşlığımızda əldə etdiyimiz səviyyəyə görə fəxr edirik. Türk xalqı qətərli qardaşlarını hədəf alan blokada və sanksiyaların baş tutmaması üçün ciddi səy göstərdi. Qətər 2016-cı ilin 15 iyulunda həyata keçirilən  xain çevriliş cəhdindən sonra beynəlxalq aləmdə ölkəmizə ən güclü dəstəyi verən ölkələr arasında oldu. Son aylarda iqtisadiyyatımızı hədəf alan spekulyativ cəhdlər qarşısında da yanımızda oldu. Həqiqi dost çətin günlərdə məlum olur. Vəfalı dostumuz Qətərə göstərdiyi güclü dəstək və həmrəyliyə görə bir daha öz adımdan və millətim adından xüsusi minnətdarlığımı bildirirəm".
 
  Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Sani ilə keçirdiyi görüşdə ikitərəfli münasibətlərdə əldə olunan səviyyəyə görə məmnuniyyətlərini ifadə etdiklərini, əməkdaşlığı hər sahədə dərinləşdirmək ilə bağlı arzularını bölüşdüklərini qeyd etdi.
 
 Toplantıdan sonra iki ölkə arasında nəqliyyat, mədəniyyət, ticarət, iqtisadiyyat və başqa sahələrə aid strateji əməkdaşlıq protokolları imzalandı.
 
 Toplantıda Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə naziri Hulusi Akar, Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan, Xəzinə və Maliyyə naziri Bərat Albayraq, Ticarət naziri Ruhsar Pekcan, Prezident Aparatının sözçüsü İbrahim Kalın və digər rəsmilərlə yanaşı Qətərin yüksək vəzifəli şəxsləri iştirak etdilər.



Әlaqәli Xәbәrlәr