Akar: "ABŞ-dan söz verdiyi kimi terror təşkilatı YPG ilə olan əməkdaşlığını kəsməsini gözləyirik"

Türkiyə Amerika Birləşmiş Ştatlarının terror təşkilatı PKK/YPG ilə əməkdaşlığını kəsməsini gözləyir.

1089712
Akar: "ABŞ-dan söz verdiyi kimi terror təşkilatı YPG ilə olan əməkdaşlığını kəsməsini gözləyirik"

  Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar  Halifax Beynəlxalq Təhlükəsizlik Forumunda iştirak etmək üçün Kanadaya səfər etdi.

Akar forumda çıxış edərək, amerikalı əsgərlərlə PKK/YPG terrorçularının bir yerdə olduğu görüntülərə görə narahatlığını dilə gətirdi.

Akar: "ABŞ-dan söz verdiyi kimi terror təşkilatı YPG ilə olan əməkdaşlığını kəsməsini gözləyirik. DEAŞ terror təşkilatının da əsasən zərərsizləşdirilməsinə baxmayaraq, ABŞ-ın terror təşkilatı YPG-yə yük maşınıları  və təyyarələrlə silah və hərbi texnika verməsini qəbul etməyimiz mümkün deyil. Cənub sərhədlərimizdə terror dəhlizi yaranmasına heç vaxt imkan verməyəcəyik" dedi.
 
Milli Müdafiə naziri çıxışında FETÖ başçısının ektradisiyası tələbini də dəyərləndirdi, terror təşkilatının başçısının və üzvlərinin ekstradisiyasına dair 85 qovluq və saysız-hesabsız sənədin ABŞ-a göndərildiyini xatırlatdı.
 
 Akar  ehtiyac olarsa, əlavə məlumatları da bölüşməyə hazır olduqlarını dilə gətirdi.



Әlaqәli Xәbәrlәr