Türkiyə İtaliyada keçirilən Liviyadakı vəziyyətlə bağlı beynəlxalq konfransı tərk etdi

İtaliyada səfərdə olan prezident müavini Fuad Oqtay “Türkiyə dərin təəssüf hissilə toplantını tərk edir” deyə bildirib.

1087108
Türkiyə İtaliyada keçirilən Liviyadakı vəziyyətlə bağlı beynəlxalq konfransı tərk etdi

İtaliyada səfərdə olan prezident müavini Fuad Oqtay “Türkiyə dərin təəssüf hissilə toplantını tərk edir” deyə bildirib.

 “İtaliyada keçirilən Liviya konfransı rəsmi toplantı olmadığından və Türkiyənin prosesdən kənar saxlanılmasına cəhd göstərilməsi səbəbindən dərin təəssüf hissi ilə iclası tərk etmişik. Bəzi ölkələrin prosesdən öz mənfəətləri istiqamətində istifadə etməyə cəhd göstərdikləri müddətdə  Liviyada sabitlik təmin edilə bilməz. Liviyanın daha çox deyil daha az xarici müdaxiləyə ehtiyacı var”, - deyə Oqtay vurğulayıb.

Digər ölkələrin əksinə Türkiyənin liviyalı və regional bütün aktyorlarla ətraflı dialoqa açıq olduğunu bildirən Oqtay Liviyadakı mövcud çətin vəziyyətdə məsuliyyəti olanların ölkənin düzəlməsinə hər hansı müsbət dəstəyinin olmasının qeyr-mümkün olduğunu bildirib.

Türkiyənin yer almadığı belə toplantıların prosesə dəstək təmin etməsinin qeyri-mümkün olduğunu qeyd edən Fuad Oqtay vurğulayıb ki, bugün səhər bəzi tərəflər arasında keçirilən qeyri-rəsmi iclas və bunların Aralıq dənizi bölgəsindəki əsas aktyorlar kimi təqdim edilməsi bizim sərt şəkildə əleyhinə olduğumuz çox səhv və zərər verən bir yanaşmadır. Türkiyə bu toplantını dərin təəssüf hissi ilə tərk edir.

Qeyd edək ki, İtaliyanın Palermo şəhərində Liviyadakı vəziyyətlə bağlı beynəlxalq konfrans keçirilir.



Әlaqәli Xәbәrlәr