Prezident Ərdoğan Parisə  səfərə gedir

Prezident Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronun dəvətinə görə sabah Parisə gedir.

1084866
Prezident Ərdoğan Parisə  səfərə gedir

Bu barədə Prezident Mətbuat xidmətindən məlumat yayılıb. Bildirilir ki, Prezident Ərdoğan, Böyük müharibəni sona çatdıran atəşkəs razılaşmasının 100-cü il dönümü münasibətiylə Parisdə baş tutacaq tədbirlərdə iştirak etmək üçün sabah Fransaya yola düşəcək. Prezidentin Paris səfəri iki gün davam edəcək.

Məlumatda həmçinin bildirilib ki, tədbirlərdə 100 qədər dövlət və hökumət başçıları məhz yüksək səviyyəli beynəlxalq rəsmilər iştirak edəcəklər. Ərdoğanın Parisə səfəri zamanı bəzi ölkələrin rəhbərləri ilə ikilikdə görüşlər keçirəcəyi ehtimal olunur.

 



Әlaqәli Xәbәrlәr