“Ermənistan iddialarından əl çəkməlidir”, B.Yıldırım

'Ermənistan böhtanlarına son qoymalıdır', bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım deyib.

1065755
“Ermənistan iddialarından əl çəkməlidir”, B.Yıldırım

TBMM sədri B.Yıldırım, Antaliyada keçirilən "Avrasiya İqtisadi Əməkdaşlıq, ekologiya və daimi İnkişaf" mövzulu Avrasiya Parlament Başçılarının növbəti yığıncağında çıxış edib.

Yığıncaq ilə əlaqəli münasibət bildirən B.Yıldırım , tədbirdə səmərəli fikirlərin səsləndirildiyini, ətraflı deklarasiya hazırlandığını, ancaq ölkələrin fərdi ittihamlarının yığıncağın məqsədiylə üst-üstə qəlmədiyinə diqqət çəkib.

Yığıncaqda ermənistan nümayəndəsinin bəzi iddialar irəli sürdüyünü xatırladan Binali Yıldırım: “Qlobal problemlərə həll yolu axtardığımız, bölgədə və dünyada sabitliyin qorunmasının əhəmiyyətini vurğuladığımız yığıncaqda həqiqətləri əks etdirməyən açıqlamalar qəbul edilməzdir. Ermənistan, Türkiyə ilə əlaqələrini gerçək mənada sahmana salmaq istəyirsə, bu axmaq fikir və böhtanlarından imtina etməli və tarixi hadisələrin tarixçilər tərəfindən araştırılmasının uyğunluğunu qəbul etməlidir. Öz seçimi ilə özünü regionda təcrid edən Ermənistan, Sülh siyasəti izləmədiyi müddətcə qonşuları ilə əlaqələrini gücləndirə bilməyəcəyini idrak etməlidir”- deyə B.Yıldırım bildirib.



Әlaqәli Xәbәrlәr