Türkiyədən Yunanıstana çıxmağa çalışan qaçqınlar yaxalandı

Qaçqınlar Türkiyənin Muğla və Çanaqqala rayonlarının qəsəbələrində tutulub.

1064373
Türkiyədən Yunanıstana çıxmağa çalışan qaçqınlar yaxalandı

  Türkiyənin Muğla şəhərinin Fethiye qəsəbəsində qeyri-qanuni yollarla Yunanıstana getməyə çalışan nizamsız 93 miqrant yaxalanıb.

  Sahil Təhlükəsizlik Qayıqları Komandanlığı briqadaları Gemiler Koyu sahillərində patrul xidməti zamanı şübhələndikləri bərəni saxlayıb. Aralarında uşaq və qadınların da olduğu İraq, Somali və Fələstindən olan 93 qaçqını yaxalanıb.

  Əməliyyatları tamamlandıqdan sonra köçkünlər Muğla Rayon Miqrasiya İdarəsinə göndərilib. Təxminən 20 metr uzunluğunda olan bərə isə müsadirə olunub.

  Muğlanın Menteşe qəsəbəsində də qeyri-qanuni yollarla ölkə xaricinə çıxmağa çalışan nizamsız 33 miqrant yaxalanıb.

  Muğla - Ziya avtomobil yolunda rayon polisləri tərəfindən dayandırılan mikroavtobusda aralarında qadın və uşaqların da olduğu 33 Pakistan vətəndaşı olan qaçqın saxlanılıb. Onlar da Muğla Rayon Miqrasiya İdarəsinə təhvil verilib.

  Çanaqqala şəhərinin Ayvacık qəsəbəsində isə qeyri-qanuni yollarla Yunanıstanın Midilli adasına keçməyə çalışan nizamsız 44 miqrant yaxalanıb. Onlar Rayon Jandarm Komandanlığı briqadaları tərəfindən Bademli kəndinin Acıdərə zeytunluq sahəsində ələ keçib. Əməliyyat zamanı aralarında qadın və uşaqların da olduğu 44 Əfqanıstan vətəndaşı olan qaçqın saxlanılıb. Onlar Ayvacık Əcnəbiləri Geri Göndərmə Mərkəzinə təhvil verilib.



Әlaqәli Xәbәrlәr