Rәcәb Tayyib Әrdoğan Antonio Quterreşlә görüşüb

Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumata görә, görüşdә Türkiyә ilә BMT arasındakı әmәkdaşlığı daha da güclәndirmәk mәsәlәsi, hәmçinin  regional vә qlobal mövzular müzakirә olunub.

1055930
Rәcәb Tayyib Әrdoğan Antonio Quterreşlә görüşüb

BMT Baş Mәclisinin 73-cü sessiyasında iştirak etmәk üçün ABŞ-ın Nyu-York şәhәrinә sәfәr edәn Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan BMT baş katibi Antonio Quterreşlә görüşüb.

Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumata görә, görüşdә Türkiyә ilә BMT arasındakı әmәkdaşlığı daha da güclәndirmәk mәsәlәsi, hәmçinin  regional vә qlobal mövzular müzakirә olunub.

 Qeyd edәk ki, BMT-nin mәtbuat xidmәti dә Rәcәb Tayyib Әrdoğan vә Antonio Quterreş arasında baş tutan görüş ilә bağlı bәyanat verib.

‘‘BMT-nin baş katibi Türkiyәnin 3.5 milyondan çox qaçqına ev sahibliyi etmәsini vә BMT ilә Türkiyә arasındakı mükәmmәl әmәkdaşlığı yüksәk qiymәtlәndirir. BMT baş katibi vә Türkiyә Prezidenti Suriyadakı vәziyyәti müzakirә ediblәr. Baş katib İdlibdә tәhlükәsiz bölgәnin yaradılması üçün sentyabrın 17-dә Rusiya prezidenti ilә әldә olunan razılaşmanı mәmnunluqla qarşıladı’’,-deyә bәyanatda vurğulanıb.



Әlaqәli Xәbәrlәr