"Yenə Lavrov və Zəriflə görüşəcəyik", M.Çavuşoğlu

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Suriya mövzusuyla bağlı rus və iranlı həmkarları ilə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində üçlü toplantı keçirəcəklərini bildirdi.

1054363
"Yenə Lavrov və Zəriflə görüşəcəyik", M.Çavuşoğlu

  Türkiyədən Xarici İşlər naziri səviyyəsində ilk səfərin olduğu Surinamda həmkarı Yldiz Pollak Beyqle (Yldiz Pollack-Beighle) ilə təkbətək və heyətlərarası görüşdən sonra M.Çavuşoğlu birgə mətbuat konfransında çıxış edərək Suriyanın İdlib rayonunda atəşkəsi qorumaq üçün varılan Soçi anlaşmasıyla bağlı deyib:

  “Silahlardan təmizlənmiş ərazinin sərhədləri bu müqavilə əsasında çəkildi. İşin ayrıntıları texniki heyətlərə tapşırılıb. 19 sentyabrdan rəsmi Ankarada artıq bu işlər görülüb. Bundan sonra vacib olan bu anlaşma memorandumu çərçivəsində digər addımların atılması, atəşkəsin tamamilə təsis edilməsi və siyasi həllin əldə olunmasıdır. Məsələylə əlaqədar Rusiya Xarici İşlər naziri Sergey Lavrov və İran Xarici İşlər naziri Cavad Zəriflə Nyu-Yorkda üçlü şəkildə bir araya gələcəyik.

  Bunu da qeyd edim ki, Konstitusiya Komissiyasının yaradılması və siyasi həll məsələsində təkcə 3 ölkə deyil, hər kəsin dəstəi şərtdir. Bir tərəfdən terrorun hər növüylə mübarizə aparmaq, digər tərəfdən Suriyada daimi sülh və siyasi həll üçün səyə birlikdə davam etmək lazımdır.”



Әlaqәli Xәbәrlәr