Türkiyə Efiopiya və Eritreya arasında bağlanan sülh müqaviləsini məmnuniyyətlə qarşıladı

Türkiyə Xarici İşlər Nazirliyi Efiopiya və Eritreya arasında bağlanan sülh müqaviləsi ilə əlaqədar bəyanat yaydı.

1051377
Türkiyə Efiopiya və Eritreya arasında bağlanan sülh müqaviləsini məmnuniyyətlə qarşıladı

 Türkiyə Xarici İşlər Nazirliyi Efiopiya və Eritreya arasında bağlanan sülh müqaviləsi ilə əlaqədar bəyanat yaydı.
 
 Bəyanatda deyilir: "Eritreya ilə Efiopiya arasında 1998-ci ildə kəsilən əlaqələrin normallaşdırılması istiqamətində atılmış sülh müqaviləsinin Eritreya prezidenti Isaias Afverki və Efiopiyanın Baş naziri Abiy Əhməd tərəfindən 16 sentyabr 2018-ci il tarixində Ciddədə imzalanması məmnuniyyətlə qarşılanmışdır. Eritreya və Efiopiya xalqlarının rifahına töhfə verəcək bu müqavilənin Şərqi Afrikada sülh və sabitliyin təmin olunmasına da xidmət edəcəyinə inanırıq".
 
 Xatırladak ki,  Eritreya 1993-cü ildə müstəqilliyini əldə etdikdən sonra iki ölkə arasında sərhəd münaqişələri səbəbindən 1998-2000-ci illərdə baş verən müharibədə on minlərlə insan həyatını itirmişdi.
 
 Əlcəzairdə 2000-ci ildə imzalanan müqavilədən sonra Efiopiyanın bəzi mübahisəli əraziləri tərk etməyi rədd etməsi ilə iki ölkə arasındakı gərginlik davam etmişdi.
 
  Efiopiya və Eritreya liderlərinin iyul ayında həyata keçirdikləri qarşılıqlı səfərlərdən sonra tərəflər arasındakı buzlar ərimiş, "Birgə Sülh və Dostluq Deklarasiyası" imzalanmışdı.
 

İki ölkə sülh müqaviləsindən sonra səfirliklərini  qarşılıqlı olaraq yenidən açmağa qərar veriblər.



Әlaqәli Xәbәrlәr