Qazaxıstan prezidenti Ankarada

Heyətlərin təqdimatından sonra Türkiyə və Qazaxıstan başçıları təkbətək görüş keçirdilər.

1048931
Qazaxıstan prezidenti Ankarada

  Türkiyəyə rəsmi səfər edən Qazaxıstan prezidenti Nursultan Nazarbayevi ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankaradakı Prezident Aparatı binası önündə qarşıladı. Mərasimdə tarix boyu hökm sürən 16 türk dövlətini təmsil edən bayraqlar və əsgərlər də yer aldı. Heyətlərin təqdimatından sonra Türkiyə və Qazaxıstan başçıları təkbətək görüş keçirdilər.

  Yüksək Səviyyəli Strateji Şura İclası və müqavilələrin imzalanması mərasimindən sonra Ərdoğan və Nazarbayev mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq.  

  İki ölkə başçısının görüüşndə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə naziri Hulusi Akar, Enerji və Təbii Qaynaqlar naziri Fatih Dönməz, Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy və Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turxan iştirak ediblər.  



Әlaqәli Xәbәrlәr