Birgə əməliyyatda terror təşkilatı PKK-nın dırnaqarası quldurbaşlarından biri zərərsizləşdirildi

İraqın şimalında yerləşən Sincar bölgəsinə istiqamətli birgə əməliyyatda terror təşkilatı PKK-nın dırnaqarası quldurbaşlarından adı qırmızı siyahıda  olan terrorçu öldürüldü.

1033435

Türkiyə Silahlı Qüvvələri (TSQ) ilə Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən İraqın şimalındakı Sincar bölgəsinə dünən birgə əməliyyat təşkil edildi.

Əməliyyat nəticəsində terror təşkilatı PKK-nın dırnaqarası quldurbaşlarından “Mam Zəki Şengali” ləqəbli İsmail Özdən zərərsizləşdirildi.

Türkiyənin Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında yer tutan açıqlamada MİT ilə TSQ-nın birgə əməliyyatı ilə Daxili İşlər Nazirliyinin Terrordan Axtarılanlar Siyahısında “qırmızı” kateqoriyada yer alan PKK/KCK terror təşkilatının dırnaqarası icra şurası üzvü və İraqın şimalında Sincar bölgəsi üzrə məsul “Mam Zəki Şengali” ləqəbli İsmail Özdənin zərərsizləşdirildiyi bildirildi.

Әlaqәli Xәbәrlәr