Heç kim Türkiyəyə təzyiq göstərərək bir nəticə əldə edə bilməz

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu: "Bizim rahib Bransonla əlaqədar hansı mənfəətimiz ola bilər? Heç kim Türkiyəyə təzyiq göstərərək bir nəticə ala bilməz” dedi.

1025918
Heç kim Türkiyəyə təzyiq göstərərək bir nəticə əldə edə bilməz

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu partiyasının Alanya toplantısında çıxış edərək rayonda yol və xəstəxana inşaatının davam etdiyini söylədi.

Çavuşoğlu çıxışında son günlərdə ABŞ ilə münasibətlərdəki çətinliklərdən bəhs etdi. Daha əvvəl də əlaqələrin qərginləşdiyi və qopma nöqtəsinə gəldiyi zamanların olduğunu söyləyən nazir gərginliklərə səbəb olan məsələlərin Amerikanın FETÖ-yə sahib çıxması,  eyni zamanda YPG / PKK-ya silah verməsi olduğunu bildirdi.

Mövlud Çavuşoğlu sözünə belə davam etdi: “Əgər sanksiyalar tətbiq etsəniz, sanksiyalarla üzləşərsiniz. Hədələyici dillə nə əldə edəcəksiniz? Türk milləti hədəyə boyun əyərmi? Hazırda bir xəstəlik vardır: iqrçilik xəstəliyi. Bir irqçilik, İslam, Türkiyə düşmənçiliyi vardır. Bunun üçün məsuliyyəti Avstriya, Almaniya və Hollandiyada yaşayan Türklər daşıyır? Terror təşkilatlarına qatılan bir Türk yoxdur. Problem onlardakı irqçilik,  dözümsüzlük və özündən olmayan hər şeyə qarşı nifrət xəstəliyidir.”

Bunlara baxmayaraq , Avropa ölkələri ilə əlaqələri sağlam məcrada yürütməyə çalışdıqlarını bildirən Çavuşoğlu heç kimin Türkiyədən birtərəfli, birölçülü xarici siyasət gözləməməsini istədi.

Çavuşoğlu Türkiyənin əməkdaşlığa hazır olan ölkə olduğunu ifadə edərək:

" Hər növ diplomatik müzakirəyə açığıq. Amma bir şərtlə: qarşı tərəfi də bərabərhüquqlu  tərəf-müqabil olaraq görəcəksən” dedi.



Әlaqәli Xәbәrlәr