Türkiyə prezidenti Yunanıstana bir daha başsağlığı verdi

R.T.Ərdoğan bir gün əvvəl Yunanıstanın baş naziri Aleksis Çiprasa zəng edərək başsağlığı vermiş və yardıma hazırıq olduqlarını söyləmişdi.

1019477
Türkiyə prezidenti Yunanıstana bir daha başsağlığı verdi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana bir daha başsağlığı verdi.

  Yunanıstan prezidenti Prokopis Pavlopulosa zəng edən Ərdoğan Türkiyənin qonşu ölkəyə hər cür yardıma hazır olduğunu deyib. P.Pavlopulos da “ehtiyac olarsa, lazımi yardım istəyəcəklər”ini bildirib.

  Xatırladaq ki, Türkiyə prezidenti bir gün əvvəl Yunanıstanın baş naziri Aleksis Çiprasa zəng edərək başsağlığı vermiş və yardıma hazırıq olduqlarını söyləmişdi.



Әlaqәli Xәbәrlәr