Türkiyə Pakistanın Kvetta şəhərində törədilən terror aktını qınadı

Türkiyə Pakistanın cənubunda yerləşən Kvetta şəhərindəki seçki məntəqələrindən birinin yaxınlığında törədilən terror hücumunu sərt dillə qınadı.

1019227

Xarici İşlər Nazirliyinin açıqlamasında demokratik haqlarından istifadə etmək üçün seçki məntəqələrinə gedən günahsız insanları hədəf götürən terror hücumunda çox sayda adamın həlak olmasından və xəsarət almasından dərin kədər duyulduğu vurğulanıb.  

Açıqlamada bildirilib ki, bu xain terror aktını sərt şəkildə qınayır, həyatını itirənlərə rəhmət, yaralılara təcili şəfa diləyirik. Pakistan hökumətilə qardaş Pakistan xalqına başsağlığı diləyirik.

Qeyd edək ki, Pakistanın Kvetta şəhərinin cənub-qərbindəki seçki məntəqəsi yaxınlığında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

Әlaqәli Xәbәrlәr