"İsrailin “milli dövlət qanunu” irqçi qanundur", İ.Kalın

Türkiyə Prezident Aparatı sözçüsü İbrahim Kalının “Daily Sabah” qəzetində çıxan 21.07.2018 tarixli məqaləsinin Türkiyə türkcəsində tərcüməsi.

1019337
"İsrailin “milli dövlət qanunu” irqçi qanundur", İ.Kalın

  İsrailin “milli dövlət qanunu” irqçi qanundur. Bu yeni qanunla Fələstin xalqı və torpağını Yer üzündən silib-atmaq üçün qurulan sionist plan yeni bir mərhələyə girdi.

  Bəzi Qərb media orqanları tərəfindən İsrailin mübahisəli “milli dövlət qanunu" əslində irqçi bir hökmdür və rəsmi işğalçı sistemi müdafiə etmək deməkdir. Bu qanun iki dövlətli həllin tabutuna vurulmuş son mismardır. Ədalət və sülhə inanan hər kəs tərəfindən rədd edilməlidir.

  Qəbul edilən qanun bunu iddia edir: "İsrail yəhudi xalqının tarixi vətənidir və burada öz müqəddəratını təyinetmə haqqına malik tək millətdir". Bu qanun İsrailin Fələstin azlığına və milyonlarla yurdundan didərgin salınmış fələstinlilərə yəhudi dövlətində rəsmi yerlərinin olmadığını bildirən dəhşətli mesajdır. Onsuz da İsrailin fələstinli vətəndaşları ilə “ikinci sinif vətəndaşları” kimi rəftar edirlər. Qəbul edilən bu qanun isə onların statuslarını daha da pisləşdirəcək.

  Qanun Qüdsü İsrailin tam və birləşmiş paytaxtı kimi təsvir edir. Bu adlandırma həm də beynəlxalq cəmiyyət ilə Qüds və Fələstin torpaqlarının qeyri-qanuni işğalını inkar edən saysız-hesabsız BMT qərarına vurulmuş bir zərbədir. Donald Tramp rəhbərliyinin tam dəstəyini alan Netanyahu hökuməti işğalı utanmadan leqallaşdırmaq və bütün müsəlman aləmini düşmən etmək istəyir. Xatırlatmaq lazımdır ki, BMT Baş Assambleyası 21 dekabr 2017-ci ildə ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq qəbuletmə qərarını 128-ə qarşı 9 səslə rədd etmişdi. İsrail özünü beynəlxalq hüquqdan üstün hesab etdiyini bu yeni qanunla bir daha göstərdi.

  Yeni qanunda narahatedici başqa maddələr də var. Qanun "milli bir dəyər olaraq yeni yəhudi yaşayış məntəqələrinin yaradılması"nın vacibliyini qeyd edir. Bu, İsrailin "yaşayış", yəni işgal siyasətinin davam edəcəyinin elanıdır. Bu qanun demokratiya, bərabərlik və mədəni hüquqlara dair bütün anlayışların üstündən xətt çəkərək yaşayış yerlərini İsrailin ələ keçirdiyini bir daha göstərir. İşğalı genişləndirməyi və leqallaşdırmağı 21-ci əsrdə bir milli siyasət olaraq düşünmək mövcud beynəlxalq nizamın hüquqdan daha çox güc üzərində nə dərəcədə təməlləndiyini göstərir. Bu mövqe işğal altındakı Fələstin torpaqlarındakı hər hansı bir siyasi müqavilənin yalnız İsrailin şərtlərinə görə olacağından xəbər verir. Bu da fəlakətə və tam yekun uğursuzluğa aparacaq bir reseptdir, çünki heç bir sülh ədalət olmadan davam edə bilməz.

  Qəbul edilən bu yeni qanunla Fələstin xalqını və torpağını Yer üzündən qaşıyıb atmaq üçün qurulan sionist plan yeni bir mərhələyə girir. İsrailin baş naziri Netanyahu qanun layihəsi parlamentdə qəbul edildikdən sonra Knessete xitabən deyib: "Bu, sionizm və İsrail dövlətinin tarixində bir dönüş nöqtəsidir". Bu sözlər sülh tərəfdarı və vicdan sahibi olan yəhudilər tərəfindən rədd edilən, sionist layihənin Fələstin xalqının həyat, torpaq və azadlığı bahasına davam edəcəyinin bir etirafıdır.

  Dünya bu qanunu rədd etmək məcburiyyətindədir. Çünki bu qanun Fələstin xalqının öz tarixi vətənindən fiziki və hüquqi olaraq silinməsi anlamına gəlir. Bu qanun vasitəsilə bir işğalçı qüvvə qələbə qazanmağa çalışır. Bu qanun beynəlxalq hüquq və nizam duyğusunu sarsıdaraq zəiflətdi. Bundan başqa, BMT-ni bir daha zəif və məsələdən kənarda qalmış təşkilat halına gətirdi.

  Türkiyə, Ərəb Birliyi, Qətər və Avropa İttifaqı qanunu ayrı-seçkilik xarakteri daşıdığı üçün rədd edir, bunun iki dövlətli həllin qarşısında dəhşətli nəticələr doğuracağını bildiriblər.

  Qanun layihəsi İsrail parlamenti Knessette 62 lehinə, 55 əleyhinə səs çoxluğu ilə qəbul edilib. İsrail və ABŞ-dakı bir çox yəhudi təşkilatı qanunun lazımsız və zərərverici olduğunu bildirdi. Bunu dilə gətirilənlər vacibdir və onlar dəstəklənməlidir. İsrail-Fələstin münaqişəsinin hüquqi, əxlaqi və tarixi olaraq ədalətli şəkildə həllinə inanan bütün ölkələr, cəmiyyətlər və haqq arama qrupları irqçilik sistemini müdafiə edənlərə qarşı güclərini birləşdirməlidir.

  İşğal altındakı bir xalq kimi fələstinlilərin məruz qoyulduğu dərd və iztirab qədər acı dolu və haqsız bir müasir zaman dramı yoxdur. İztirabları susdurulub, işğalçılar, sağçı İsrail və Amerika siyasətçiləri tərəfindən terror edilib. Zülm və gərginlik qısamüddətli nailiyyətlər üçün populist siyasətin xeyrinə ola bilər, ancaq Yaxın Şərqin müsəlman, xristian və yəhudi xalqlarına heç vaxt sülh, intizam, təhlükəsizlik və rifah gətirməz. Amerikalı siyasətçilər İsrailin hüquqsuz və irqçi siyasətlərinə şərtsiz dəstək verərək böyük səhv edir. Bitmək-tükənmək bilməyən İsrail işğalı və zülmü qarşısında səssiz qalanlar da irqçi bir dövlətin siyasətinə göz yummaqda günahkardır.



Әlaqәli Xәbәrlәr