"Türkiyə Yəmən rəhbərliyinə və xalqına dəstəyi davam etdirəcək":Levent Elər

Türkiyəyə, ölkəmizə hümanitar dəstəyinə görə minnətdarlığımızı bildirirəm. Bunu Yəmən Planlama və Beynəlxalq Əməkdaşlıq naziri Məhəmməd Səid əs-Saidi deyib.

1006061
"Türkiyə Yəmən rəhbərliyinə və xalqına dəstəyi davam etdirəcək":Levent Elər

Yəmənin rəsmi informasiya agentliyi SABA-nın bildirib ki, nazir Saidi, Səudiyyə Ərəbistanının paytaxtı Riyadda Türkiyənin Sana səfiri Levent Elər ilə bir araya gəlib.

Görüş zamanı, Yəməndə yenidən bərpa işlərinin başladılması, yeni dövrdə iki ölkə arasındakı əlaqələr müzakirə olunub.

Nazir Saidi, 3 ildən çoxdur vətəndaş müharibəsinin hökm sürdüyü Yəmənə hümanitar yardımları üçün, Türkiyəyə minnətdarlığını bildirib və bunu heç vaxt unudmayacaqlarını qeyd edib.

Səfir Elər də Türkiyənin Yəmən rəhbərliyinə və xalqınaa dəstəyinin davam etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, Türkiyə, uzun müddətdir ölkədəki qarşıdurmalar səbəbiylə insani şərtlərin ağırlaşdığı və infrastrukturun böyük zərə gördüyü Yəmənin bir çox şəhərinə, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türk qırmızı aypara cəmiyyəti və Türkiyə Diyanət Vəqfi kimi təşkilatlar vasitəsilə hümanitar yardım layihələri həyata keçirir.



Әlaqәli Xәbәrlәr