XİN sözçüsü Hami Aksoy: "Terroru təmizlədik və Afrini afrinlilərə buraxırıq"

Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy “TRT Habər” kanalında gündəmi dəyərləndirdi.

1003543
XİN sözçüsü Hami Aksoy: "Terroru təmizlədik və Afrini afrinlilərə buraxırıq"

Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy “TRT Habər” kanalında gündəmi dəyərləndirdi.

Afrinə 16 ölkədən 32 KİV nümayəndəsinin gətirildiyini söyləyən Aksoy 50-yə yaxın jurnalistlə Öncüpınar sərhəd-keçid məntəqəsində bir araya gəldiklərini vurğulayıb.

Aksoy 140 mindən çox afrinlinin Afrinə qayıtdığını və öz evlərində yerləşməyə başladığına işarə edərək bunun vəziyyətin normallaşmağa başladığının ən böyük sübutu olduğunu qeyd edib.

“Bütün gücümüzlə şəhərdə hər şəyin normallaşmasına cəhd göstəririk. Jurnalistlərin dəvət edilməsinin səbəbi də burdakı vəziyyəti yaxından görmələrini təmin etməkdir. Terroru təmizlədik və Afrini afrinlilərə buraxırıq” deyə bildirən XİN sözçüsü Aksoy bir müddət əvvəl afrinlilərin öz bələdiyyə məclislərini qurduqlarını, bunun tərkibində kürdlərin, türkmənlərin və ərəblərin olduğunu söyləyib.

Sözçü Türkiyənin daha bir müddət Afrində olacağını, təhlükəsizlik qüvvələrinin təlimi və avanadlıqla əlaqəli fəaliyyətlərin sürətli şəkildə davam etdiyini də vurğulayıb.  



Әlaqәli Xәbәrlәr