"Türkiyə bütün müttəfiqlərinə əvəzolunmaz bir ölkədir", M.Çavuşoğlu

Nazirlikdə Amerika Müsəlman İcmasının nümayəndələrinə müraciət edən nazir Türkiyənin ən az inkişaf etmiş ölkələrin problemlərini beynəlxalq platformaya daşıyan ölkə olduğunu diqqətə çatdıraraq deyib...

999598
"Türkiyə bütün müttəfiqlərinə əvəzolunmaz bir ölkədir", M.Çavuşoğlu

  Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyənin bütün müttəfiqlərinə əvəzolunmaz bir ölkə olduğunu vurğuladı.

  Nazirlikdə Amerika Müsəlman İcmasının nümayəndələrinə müraciət edən nazir Türkiyənin ən az inkişaf etmiş ölkələrin problemlərini beynəlxalq platformaya daşıyan ölkə olduğunu diqqətə çatdıraraq deyib:

   “İyunun 4-də İstanbulun Qebze rayonunda Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə texnologiya bankı quruldu. Burada inkişaf etdirilən texnologiyaların ən az inkişaf etmiş ölkələrə göndəriləcək.

  Türkiyə 24 İyun seçkilərindən sonra daha güclü olacaq. Güclü hakimiyyət, güclü Məclis və müəssisələrimizlə sürətli qərarlar verəcək, cəld addımlar atacağıq. Dünya ilə rəqabət etdiyimizi, bu yolun başında olduğumuzu çox yaxşı bilirik.

  Türkiyə nə qədər güclü olsa, iqtisadiyyatı nə qədər böyüsə, inkişafımız nə qədər sürətli olsa, bir o qədər dünya məzlumlarına çox yardım edirik.

  Türkiyə-Amerika Birləşmiş Ştatları münasibətlərinə gəlincə, bu ölkələr müttəfiq olaraq hərəkət edərsə, Suriyanın Münbiç bölgəsi separatçı terror təşkilatı PKK/PYD-YPG-dən təmizlənəcək, bölgənin kim tərəfindən idarə ediləcəyinə birgə qərar veriləcək.

  Fətullahçı Terror Təşkilatı FETÖ başçısının və üzvlərinin ABŞ-da olması iki ölkə arasında bir başqa problemdir. Bu adamlar Türkiyəyə təhvil verilməli, həmçinin Federal İstintaq Bürosu (FBI) bu barədə istintaqa başlamalıdır... Bu və bəzi kiçik problemlər, təəssüf ki, əlaqələrimizə mənfi təsir göstərir.

  Türkiyə təkcə ABŞ deyil, bütün müttəfiqləri üçün əvəzolunmaz bir ölkədir."



Әlaqәli Xәbәrlәr