Prezident Ərdoığanın qələbəsi Asiya mətbuatında geniş əks edib

Türkiyədə dünən keçirilən Prezident və parlament seçkilərinin qeyri rəsmi nəticələriylə əlaqəli xəbərlər Asiya mətbuatında geniş əks edib.

999067
Prezident Ərdoığanın qələbəsi Asiya mətbuatında geniş əks edib

Çin xəbər agentliyi Sinhua, " Ərdoğan Seçkilərdə qəti qələbə qazandı” başlıqlı xəbərində: “Prezident Rəcəb Tayyib Ərdoğan ilk turda gözləniləndin daha çox səs toplayaraq qələbə qazandı”.

Çin Kommunist Partiyasının rəsmi mətbuat orqanı ‘Qlobal Times’:"Ərdoğan və onun ittifaqı MHP, prezident və parlament seçkilərində qalib gəldi”

Yaponiya Kyodo xəbər agentliyi: "Rəcəb Tayyib Ərdoğan, Keçirilən seçkilərdə qələbə qazandığını elan etdi. 2003-cü ildən bəri iqtidarda olan Ərdoğanın hakimiyyəti davam edəcək”.

Yapon xəbər televiziyası NHK, "15 ildir iqtidarda olan Ərdoğanın qalibiyyəti bölgədə təsirli olacaq”

İndoneziya xəbər agentliyi Antara: Ərdoğan prezident seçkisində qələbə qazandı. O, səslərin 52,7% faizini toqladı.

Tayland "The Bangkok Post" qəzeti: Prezident Ərdoğan Türkiyədəki seçkilərdə çüt zəfər qazandı. Türkiyədə keçirilən seçicilərdə ilk dəfə həm preziden, həm də millət vəkilləri seçildi.

Malayziya "The Star" qəzeti: Ərdoğan prezident seçkilərində əksəriyyət səs ilə qələbə qazandı.



Әlaqәli Xәbәrlәr