Hakkaridə TSQ-nın iki əsgəri şəhid oldu

Türkiyənin Hakkari şəhərinin Çukurca rayonunda separatçı terror təşkilatı PKK roketlə hücum təşkil etdi.

995924
Hakkaridə TSQ-nın iki əsgəri şəhid oldu

Türkiyənin Hakkari şəhərinin Çukurca rayonunda separatçı terror təşkilatı PKK roketlə hücum təşkil etdi.

Valilikdən verilən məlumata görə, terrorçular  Türkiyə vaxtı ilə  saat 10.30 radələrində hərbi vasitə ilə Dolabaren Təpə mövqeyindən roketlə hücum ediblər.

Məlumatda hücumda iki əsgərin şəhid olduğu, bir əsgərin yaralandığı qeyd olunur.

Bölgədə PKK terrorçularına qarşı havadan dəstək alan əməliyyatın davam etdiyi bildirilir.

 



Әlaqәli Xәbәrlәr