"Rusiyadan aldığımız təbii qazda 10,25 faiz qiymət endirimi əldə etdik", R.T.Ərdoğan

Ərzurum Stansiya (İstasyon) Meydanında olan mitinqdə çıxış edən Ərdoğan deyib...

979635
"Rusiyadan aldığımız təbii qazda 10,25 faiz qiymət endirimi əldə etdik", R.T.Ərdoğan

  Ərzurum Stansiya (İstasyon) Meydanında olan mitinqdə çıxış edən Ərdoğan deyib: “Rusiyadan Mavi Axın və Qərb Xəttindən aldığımız qazın qiymətində 2015-ci ildə güzəşt istəmişdik. Bu tələbimiz yerinə yetitirlməyincə Beynəlxalq Təhkim Məhkəməsinə müraciət etmişdik. Uzun müzakirələrdən sonra 2015 və 2016-ci illər də sayılmaqla Rusiya ilə bu ölkədən aldığımız təbii qazda 10,25 faiz qiymət endirimi oldu. Gəldiyimiz razılığa əsasən bu iki ildə aldığımız qaz üçün ölkəmizə güzəşt fərqi olaraq 1 milyard dollarlıq ödəmə ediləcək”.

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin terrroçularla mübarizəsinə də toxunaraq deyib: "TSQ tərəfindən Suriyanin Afrin rayonundakı Zeytun Budağı Hərəkatı zamanı zərərsizləşdirilən terrorçu sayının 4475, Şimali İraqda 414, ölkə içində isə 398 nəfərdir".  



Әlaqәli Xәbәrlәr