Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ABŞ-ın qərarına reaksiya göstərdi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ABŞ-ın İranın nüvə proqramla bağlı sazişindən çıxmaqla itirən tərəf olacağını bildirdi.

967123
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ABŞ-ın qərarına reaksiya göstərdi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ABŞ-ın İranın nüvə proqramla bağlı sazişindən çıxmaqla itirən tərəf olacağını bildirdi.

Ərdoğan bunu mərkəzi ABŞ-da olan “CNN İntertional”dan Beky Andersonın dünya gündəminə dair suallarını cavablandırarkən deyib.

Dövlət başçısı ABŞ Prezidenti Trampın ötən gün açıqladığı “İranla nüvə sazişdən çıxdığı” qərarını qiymətləndirərkən bildirib ki, bu məsələdə itirən tərəf ABŞ olacaq. Çünki bu ölkə sazişə sadiq qalmadı. Beynəlxalq müqavilələr istənilən zaman pozula yaxud davam etdirilə bilməz. Bu qəbuledilməzdir. Bu razılaşma ilə olmaz deyilən olmuşdur, bununla da illərlə davam edən mənfilik müsbət atmosfer yaranmasında ümidləri artırmışdır. Bunun bir anda əks istiqamətə üz tutması sadəcə bölgəyə deyil, bütün dünya və qlobal iqtisadiyyata təsir edəcək. ABŞ-ın bundan mənfəəti ola bilər, ancaq bir çox ölkə bundan ciddi mənada təsirlənəcəyi üçün daha ciddi nəticələr doğura bilər. Nə üçün ciddi böhranlar yaranmasına səbəb olunur? Başqa böhranlara ehtiyac yoxdur.

Andersonun “ABŞ və İran arasındakı böhranın səbəb ola biləcəyi ən böyük risk nədir?” sualına Ərdoğan: “Fikrimcə itirən tərəf ABŞ-dır. İran imzaladığı razılaşmada güzəştə getməyəcəkdir, sadiq qalacaqdır. ABŞ bu razılaşmanı qorumadı. Beynəlxalq müqavilələr istənildiyi zaman pozula yaxud davam etdirilə bilməz. Müqavilələr imzalanıbdırsa qorunmalıdır.” deyib.



Әlaqәli Xәbәrlәr