Türkiyə-Çin arasında enerji sahəsində güclü əməkdaşlıq

Enerji və Təbii Sərvətlər Naziri Berat Albayrak, Çinin paytaxtı Pekinə reallaşdırdığı səfər çərçivəsində enerji sektorunun nümayəndələri ilə bir araya gəlib.

963715
Türkiyə-Çin arasında enerji sahəsində güclü əməkdaşlıq
berat albayrak cin1.jpg

Nazir Albayrak ilə Çin Milli Enerji İdarəsinin direktoru Nur Bekri arasında baş tutan görüşdə, iki ölkə arasında enerji sahəsində əməkdaşlığın irəli pillələrə qaldırılması mövzusunda mütabiq qalınıb.

Albayrak ölkədəki enerji müəssisələrindən bəzilərinin nümayəndələrini qəbul etdikdən sonra Çin Elektrik İnvestisiya Şirkətinə baş çəkib. Şirkətin prezidenti Ming Cingping və Çin Nüvə Texniki Corporation (SNPTC) rəhbəri Vang Fingushu ilə görüşüb. Danışıqlar zamanı Türkiyədə planlaşdırılan üçüncü nüvə stansiyası mövzusu müzakirə edilib. Daha sonra Çin Atom Enerjisi İdarəsinin sədri Vang Yiren ilə görüşən Berat Albayrak, tədqiqat və inkişaf fəaliyyətləri, insan resursları və təhsil sahəsində əməkdaşlıq edilməsi mövzusunda müdabiq qalınıb.

Nazir, dünyanın ən böyük elektrik paylayıcı şirkəti Çin State Gridi də ziyarət edərək, müəssisənin rəhbəri Cari Cinbao ilə görüşüb.



Әlaqәli Xәbәrlәr