Türkiyә AŞPA-ya reaksiya göstәrib

Akif Çağatay Kılıç baş assambleyadakı işlәrini yarıda kәsәrәk Türkiyәyә geri qayıtma qәrarına gәlib.

957333
Türkiyә AŞPA-ya reaksiya göstәrib

Türkiyәnin Avropa Şurası Parlament Assambleyasındakı heyәtinin sәdri Akif Çağatay Kılıç terror tәşkilatı PKK-nın Suriya qolu PYD-nin dırnaqarası keçmiş hәmsәdri Saleh Müslimin iclasa  mәruzәçi olaraq dәvәt edilmәsinә reaksiya göstәrib.

Akif Çağatay Kılıç baş assambleyadakı işlәrini yarıda kәsәrәk Türkiyәyә geri qayıtma qәrarına gәlib.

Kılıç verdiyi açıqlamada Fransanın Strazburq şәhәrindә öz işinә başlayan Avropa Şurası Parlament Assambleyasının iclasına  terror tәşkilatının quldurbaşı Müslimin dәvәt edilmәsini pislәyib.

Saleh Müslimin iclasa mәruzәçi olaraq dәvәt edilmәsini tәnqid edәn Kılıç: ‘‘ Avropa Şurası standartları baxımından qәbul edilmәsi mümkün olmayan bu addımı pislәyirәm’’ deyә qeyd edib.

‘‘Heyətimizin bәzi üzvlәri  AŞPA-da  qəbul ediləcək və Türkiyə ilə bağlı bəzi hesabatlar ilә әlaqәdar  degisikliklәrә dair tәkliflәri vermək və bunları müdafiə etmək  üçün AŞPA-nın  aprel sessiyasına  mәhdud şәkildә qatılacaq’’.



Әlaqәli Xәbәrlәr